2 yaşında 29 kilo olan uşaq Ərdoğanla görüşdü

Sedat ve Sevda Bekte cütlüyünün ikinci uşaqları olan Yağız Bekte sürətlə kökəldiyi üçün ailə xəstəxanalara üz tutub.

AzNews.Az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, müalicə üçün lazım olan dərmanları ala bilməyən ailəyə dövlət dəstək olub. Bir qutusu 4 min dollar olan dərmanı istifadə edən uşağın çəkisi 8 kilo azalaraq 29 kiloya düşüb.

2 yaşında 29 kilo olan uşaq prezident Ərdoğanla da görüşüb. Prezident ona oyuncaq hədiyyə edib. Uşağın atası iə bütün bunlara görə Ərdoğana təşəkkür edib.