Britaniyada 14 yaşlı gənc qız nə zaman öləcəyini əvvəlcədən söyləyib Britaniyada 14 yaşlı gənc qız nə zaman öləcəyini əvvəlcədən söyləyib

Ölümünü dəqiqəsinə qədər söylədi və ...öldü

Britaniyada 14 yaşlı gənc qız nə zaman öləcəyini əvvəlcədən söyləyib



Kayli Lori adlı qız ölüm zamanını dedikdən bir dəqiqə sonra yolda baş verən qəza nəticəsində dünyasını dəyişib. Bədbəxt hadisədən 1 dəqiqə əvvəl isə o, öləcəyi barədə sosial şəbəkədəki dostlarını xəbərdar edib.
Qızın dostunun atası Stiven Heyter spirtli içki içdikdən sonra Kaylini məktəbdən götürüb. Maşını idarə edərkən o, siqaret yandırmaq istəyib və bu zaman idarəetməni itirərək qəza törədib.
Ölümündən bir dəqiqə əvvəl isə qız dostlarına "Mənə elə gəlir ki, tezliklə öləcəyəm. Əlvida, dostlar" deyə mesaj göndərib. 1 dəqiqə sonra yol-nəqliyyat hadisəsində qız qanaxmadan yolda keçinib. Maşını idarə edən Stiven Heyter 6 il azadlıqdan məhrum edilib.

Elnarə Əlosmanqızı
AzNews.az