Windows Live Messenger ləğv ediləcək

Microsoft Live Messengerdən verilən məlumata görə , aprelin 8 –dən Windows Live Messenger bağlanılacaq və 300 milyon istifadəçi yenə öz hotmail ünvanlarından Skype 6.0 vasitəsi ilə hesab aça biləcəklər.

Yeni hesab açacaq istifadəçilər yalnız "@ outlook.com" üzərindən hesab ala biləcək. Fayl göndərilməsi, qısa mesajlaşma, görüntülü danışmaq kimi xüsusiyyətləri özündə əks etdirən Skype vasitəsilə istənildiyində müəyyən bir məbləğ hesabına telefon danışıqları edilə bilinər.

Hazırda istifadəçilər Skype-dan Facebook hesablarına da keçid edə bilirlər. Skype dünya səviyyəsində milyonlarla insanın istifadə etdiyi anlıq mesajlaşma proqramı olaraq bilinir. Qeyd edək ki, Microsoftun Skypı 2011-ci ilin mayında 8.5 milyard dollara satın aldığı ifadə edilib.

Xəyalə Məmmədova
AzNews.az