- Köhnə - Maraqlı
- 29 İyul 2018 22:00
- 7 465
Nazarbayev cangüdənləri ilə Bodrumda... - FOTOLAR
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda istirahət edir.
Cangüdənləri ilə dənizə girən Nazarbayev 75 dəqiqə suda üzüb. Qaldığı otelin sahilində yürüş edən prezidentin cangüdən ordusu ilə gəzməsi diqqətdən yayınmayıb. Bodruma 2 gün əvvəl xüsusi yaxta ilə yollanan 75 yaşlı Nazarbayev onu tanıyanlarla salamlaşaraq fotolar çəkilməsinə icazə verib.
Prezidentin 4-5 gün sonra yunan adalarına səyahət edəcəyi, daha sonra isə yenidən Bodruma qayıdacağı öyrənilib. O, 2 həftə istirahətdən sonra ölkəsinə dönəcək. (Qafqazinfo)