- Köhnə - Maraqlı
- 16 Sentyabr 2018 16:43
- 10 846
Dünya çempionundan maraqlı addım - 100 qoyun kəsdirdi
Kikboksinq üzrə 9 dəfə dünya çempionu, 3 dəfə Avropa çempionu Araz Musayev Bakının işğaldan azad olunmasının 100 illiyini özünəməxsus şəkildə qeyd edib.
AzNews.az Modern.az-a istinadən xəbər verir ki, Araz Musayev bu münasibətilə 100 qoyun kəsdirib və aztəminatlı ailələrə paylayıb.
Araz Musayev 1977-ci ildə Masallı rayonunun Lürən kəndində dünyaya göz açıb. 7 yaşında idmana, 17 yaşında böyük idmana qatılıb, 27 yaşında isə ilk dəfə dünya çempionu olub.
Araz Musayev hazırda Fövqəladə Hallar Nazirliyində çalışır.
AzNews.az