Rusiyanın "TurStat" analitik agentliyi MDB ölkələrində oktyabrda keçiriləcək meyvə və şərab festivallarının reytinqini açıqlayıb. Rusiyanın "TurStat" analitik agentliyi MDB ölkələrində oktyabrda keçiriləcək meyvə və şərab festivallarının reytinqini açıqlayıb.

“Nar bayramı” MDB-nin ən reytinqli payız festivalı oldu

Rusiyanın "TurStat" analitik agentliyi MDB ölkələrində oktyabrda keçiriləcək meyvə və şərab festivallarının reytinqini açıqlayıb.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, siyahıya Azərbaycanın Göyçay rayonunda 2006-cı ildən hər il keçirilən "Nar bayramı" başçılıq edir. Qeyd olunur ki, oktyabrın 26-dan noyabrın 7-dək keçiriləcək festival iştirakçılarına 60 növdən çox nar və nar şirəsi, həmçinin digər nar məhsulları təklif olunur.

Festivalın keçirildiyi Göyçayda hər il 30 ton nar yığılır.

Siyahıda ilk üçlüyə 6-7 oktyabrda Moldovada keçiriləcək "Şərab günü" də var.

Kişinyovdakı festivalda qonaqları şərabçıların paradı, Moldova istehsallı şərabların dequstasiyası, sərgi-satışı və yerli sənətkarların yarmarkası gözləyir.

AzNews.az