- Köhnə - Maraqlı
- 4 Aprel 2013 07:25
- 2 893
Qardaş öldü, bacıları sümüklərini zibilliyə atdı
İki bacı bir evdə yaşadıqları qardaşlarının ölümündən illər sonra xəbər tutublar. Hadisə Japonyanın Hokkaido şəhərində baş verib.
İki bacı bir evdə, qonşu otaqda yaşayan qardaşlarının ölümündən illər sonra xəbər tutduqdan sonra onun sümüklərini sındırıb zibilliyə atıblar. Binanın sökülməsi üçün əraziyə gələn yetkililər hadisəyə şahid olduqdan sonra dəhşət ortaya çıxıb.
Masao Tadano adlı gənc bir mənzildə bacları ilə yaşasa da, öz otağından çox kənara çıxmayıb. Eyni mənzildə yaşayan iki bacısı başqa bir evə köçməyə hazırlaşdıqları vaxt qardaşlarının yaşadığı otağa girib və onun ancaq sümüklərinin qaldığını görüblər. Sümükləri torbaya yığaraq zibilliyə atan bacılar bu davranışlarının səbəbini izah edə bilməyiblər.
Yaponiyada bir müddət əvvəl də ana evdə tək qoyduğu 2 uşaq 1 ay aclıqdan sonra ölmüşdü.
Elnarə
AzNews.az