Qadınlara müjdə: arıqlamağın yeni üsulu tapıldı

İnsan yemək haqqında düşünərək arıqlaya bilər. Bunu Breitaniya alimlərinin apardığı tədqiqatlar sübüt edib. Alimlərin fikrincə, insan yemək haqqında çox düşündükcə daha az yemək istəyir.


"Teleport"un məlumatına görə, alimlər arıqlamaq üçün yollar da təklif ediblər. Onlar arqlamaq istəyənlərə məsləhət görürlər ki, sevimli ərzaqlarının olduğu paketləri göz önündə saxlayıb ona baxsınlar. Bu həmin ərzaqlardan hazırlanan yeməkləri yemək həvəsini tədricən öldürür.

Bundan başqa televizor və ya kompyuter qarşısında yemək yeyilməsini də tövsiyə etmir. Çünki bu zaman yeməyin ölçüsü qaçırıla bilər ki, bu da insanı kökəldir.

Elnarə
AzNews.az