30 milyon ölü "Facebook"da

Zaman-zaman insanları təəccübünə səbəb olan elə məlumatlar yayılır ki, oxuyan hər kəs təəccüblənir. Belə məlumatlardan bir neməsini təqdim edirik:



Jon Bon Joviyə məxsusu olan "Soul Kitchen" restoranında müştərilərdən yedikləri yeməyin pulunu almaq üçün hesab təqdim olunmur. Burada müştərilər ürəklərindən keçən məbləğı ödəyirlər.

İquanalar intihar edə bilir.

Kosmosa gedən astronovtların sözlərinə görə, kosmosdan yanmış ət və ya metal iyi gəlir.

Amsterdamda yanında heç bir yaxını olmadan vəfat edən şəxsə şeir yazılır. Dəfnində yaxınlarının iştirak etmədiyi şəxsə bir şair tərəfindən yazılan bu şeir daha sonra məzarı başında oxunur.

Amerikanın prezidenti olmuş Bill Klinton prezidentliyi dönəmində ancaq 2 dəfə e-mail göndərib.

Avropa Parlamentinin baş tərcüməçisi İoannis İkonomou düz 32 dil bilir və bu dillərdə sərbəst şəkildə danışır.

Fillər arılardan çox qorxur. Onlar bir-birlərinə yaxınlıqda arıların olduğunu xəbər vermək üçün xüsusi bir səsdən istifadə edirlər.

1939 və 1989 – cu illər arasında İspaniyada 300 min uşaq valideynlərini öldüyü bəhanəsi ilə qaçırılıb.
1973-cü ildə içkili bir sürücü maşınının səhradakı tək ağaca çırpılması nəticəsində ölüb.

Hazırda Facebook-da vəfat etmiş 30 milyon insanın hesabı var.

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description image description image description image description image description image description image description