İnqilabi yenilik: Ölüdən mesaj var

Öldükdən sonra belə sosial şəbəkələrdəki hesabları idarə edə biləcəyik



Google insanlara öldükdən sonra belə, sosial şəbəkələrdəki hesablarını idarə etmək imkanı yaradır.

İnternetdə yaradılan bu tətbiqetmə sayəsində istifadəçilər öldükdən sonra da nə edəcəklərini planlaşdırmaq, gizli olan və görünməsi istənilməyən məlumatları silmək, mesaj göndərmək, hətta vaxtsız ölüm olduğu zaman lazım olan məlumatları paylaşmağa imkan qazanır.

Google.dan verilən açıqlamaya görə, bu tətbiqetmə öldükdən sonra həm insanların şəxsi həyatını qorumağa, həm də yaxınlarının həyatını asanlaşdırmağa kömək edir. Açıqlamada bildirilir ki, "Bəlkə şəxsi sənədlərinizin 90%-nin ölümünüzdən sonra da məlum olmasının çox da böyük əhəmiyyəti yoxdu, amma 10%-i ailəniz, həyat yoldaşınız, uşaqlarınız, iş ortaqlarınız üçün çox vacib ola bilər".

Google.un tətbiqetməsində "zaman keçidi" adlı bölməsindən ölümdən sonra mesaj getməsini istədiyiniz insanları və paylaşmaq istədiyiniz məlumatları seçirsiniz.

Gmail.dən avtomatik cavablandırma sistemi olan bu proqramla əlaqədə olduğunuz insanlara öldükdən sonra da göndərmək istədiyiniz mesajları və ya vəsiyyətlərinizi ünvanlaya bilərsiniz.

Mətanət
AzNews.az