Dünyanın ən xoşbəxt ölkələri - REYTINQ

Azərbaycan 80-ci yerdədir



Milyarder üçün xoşbəxtlik multi milyarder olmaqdır


Xoşbəxtlik abstrak məfhumdur. Əgər kasıb üçün xoşbəxtlik bir tikə çörək tapmaqdırsa, milyarder üçün xoşbəxtlik multi milyarder olmaqdır.
"Human Development İndex"in apardığı sorğu nəticəsində bəlli olub ki, insanların əhvalını pozan şeylər arasında birinci yerdə inflyasiya durur.

Belə ki, sorğuda iştirak edən şəxslərin sözlərinə görə, onlar hər dəfə maaş alanda sevinir, pulun dəyərdən düşməsindən sonra isə məyus olurlar ki, bu da onların uzun müddət planlaşdırdığı pulların düzgün paylanmamasına gətirib çıxarır.

2013-cü ildə təşkilat tərəfindən aparılan sorğu nəticəsində bəlli olub ki, Sakit okeanda heç kimin tanımadığı Vanuatu adlı bir ölkənin əhalisinin 97%-i özünü xoşbəxt hiss edir. Düzdür, təşkilatın apardığı bu sorğunun nəticəsi dünyada bir o qədər də ciddi qəbul edilməsə də, psixoloqların fikrincə, adətən internetdən, qloballaşmadan və inflyasiyadan uzaq yaşayan insanların əhvalı daha yaxşı olur.

Keçən il bu sorğu Britaniyanın "New Economic Foundation" təşkilatı tərəfindən aparılıb. Sorğunun nəticələrinə görə, keçən il dünyanın ən xoşbəxt ölkəsi Kosta-Riki seçilmişdi. Daha sonrakı sıraları Vyetnam, Venesuela kimi ölkələr tutmuşdu. Həmin sorğuya əsasən, Ermənistan 53-cü, Azərbaycan 80, Gürcüstan isə 55-ci yerdə dayanıb.

Maraqlı olan Amerika və Avropa ölkələrinin ən son sıralarda yer alması olub. Ekspertlərin fikrincə, daha inkişaf etmiş ölkələrin əhalisi özünü bədbəxt hiss edir və intihar halları həmin ölkələrdə böyük olur.

Aynur Hüseynova
AzNews.az
image description image description