Uşaqlar üçün arzuolunmaz “oyuncaq“lar

Əgər bir neçə il əvvəl uşaqlar televizora daha çox maraq göstərirdisə, indi bu maraq kompüter və mobil telefona yönəlib.


Əslində burada böyüklərin də rolu az deyil. Öz işlərini rahat görə bilmək üçün daha komputerin nə olduğunu belə bilməyən balacanın bu əməlinə mane olmamaq sonuncu üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilir.

Xüsusən də oyunlar uşaqları komputerdən asılı hala salır. Dünyanı dərk etməli, qaçmalı, oynamalı olduğu halda gözünün qarşısında dəyişən rəngli səhnələri izləyən uşaqda davranış və diqqətlə bağlı problemlər yaranır. Həmçinin bu oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır. Üstəgəl, kompyuter oyunlarına son dərəcə aludəçilik uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir.

Mütəxəssislər deyir ki, 3 yaşa qədər uşaqlara elektron vasitələr qəti qadağandır. 5 yaşa qədər isə uzağı 10 dəqiqə kompüterin monitoruna baxmaq olar. Yalnız 7 yaşdan yuxarı uşaqlar yarım saat komputerlə məşğul ola bilər.

Mütəxəssislər bildirib ki, bu oyunlar səbəbindən komputerdən ayrıla bilməyən uşaqlar üçün oyun proqramlarını yavaş-yavaş hər hansı tədris proqramları ilə əvəzləmək lazımdı. Nəticədə oyundan fərqli olaraq beyni daha tez yorulan uşaq komputerin qarşısını tez tərk edəcək və beləcə onun fiziki və əqli məşğuliyyətlərə daha çox vaxtı qalacaq.//atvxeber//

AzNews.az