- Köhnə - Maraqlı
- 29 Aprel 2013 07:15
- 3 829
500 il əvvəl əl-ələ dəfn olunan sevgililərin məzarı tapılıb-FOTO
Araşdırmaçıların fikrincə, əvvəlcə kişi ölüb. Daha sonra isə qadın onun ölümünə davam gətirməyərək ölüb. Buna görə də onların əl-ələ dəfn edilməsinə razılıq verilib.
Arxeoloqlardan Adrian Rusunun sözlərinə görə, cütlüyün bir-birlərinə olan sevgisinə hörmət olaraq birlikdə dəfn edilmələrinə icazə verilməsi daha məntiqli görünür.
Araşdırmalardan məlum olub ki, kiçinin bədənində bir çox sümüyü qırılıb. Ölümün də məhz bundan baş verdiyi güman edilir. Qadının ölüm səbəbini aydınlaşdırmaq isə mümkün olmayıb.
Məzarda həmçinin kiçik bir uşaq cəsədi da tapılıb, ancaq həmin cəsədin cütlüklə əlaqəsinin olub-olmadığı məlum deyil.
Elnarə
AzNews.az