Facebookda dost olmağın yeni üsulu

Toy-nişan və digər xüsusi günlərin əsas xüsusiyyətlərindən biri də qədəh toqquşdurmaqdır. Bunu nəzərə alaraq, bir içki şirkəti bu ənənəni bir addım irəli aparıb. Şirkətin Braziliyadakı filialının istehsal etdiyi və "Buddy Cup" adlandırdığı qədəhləri toqquşdurduqda, Facebookdan dostluq təklifi göndərirsiniz.

Qədəhlər altdakı "Bump sensor" ( toqquşma sensoru) adlanan çiplə bir-birlərinə dəydikdə qarşılıqlı təsir yaranır. Telefona yüklənən bir tətbiqetmə ilə işləyən QR kodu Facebook hesabınızla əlaqə yaradır.

Prototip məqsədilə yaradılan qədəhlər bu günə qədər sadəcə San Paolada bir yığıncaqda istifadə edildi və uğurlu oldu. Şirkət isə daha böyük tədbirlərdə də bundan istifadə etməyi qərara alıb.

Mətanət
AzNews.az