Mark Zukerberqin “Facebook“ səhifəsini dağıtdılar

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Xəlil Şritex Facebook sosial şəbəkəsində zəiflik olduğunu açıqlayıb.

Bu zəiflik sayəsində Facebook-da başqasının adından statuslar yazmaq mümkündür.

Bu faktı aşkar edən Xəlil Facebook-un texnikləri ilə əlaqə saxlayıb. Sosial şəbəkənin mütəxəssisləri deyiblər ki, bu, zəiflik deyil. Bundan sonra öz sözlərini təsdiq etmək üçün Xəlil Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin adından post yerləşdirib.

"Bağışla ki, sənin səhifəndəki yazıların qaydalarını pozuram. Ancaq mənim Facebook komandasına göndərdiyim məktublardan sonra başqa yolum qalmadı", - Xəlil Facebook-un baş direktorunun səhifəsində yazıb.

Qaydaya əsasən, Facebook sosial şəbəkəsində boşluq barədə informasiyanı aşkarlayan mütəxəssislərə 500 dollar məbləğində mükafat verirlər. Lakin bu halda Xəlilə mükafat verilməyib. Çünki qaydalara əsasən, həmin boşluq göstərilərkən test üçün profillərdən istifadə olunmalı deyil. Xəlil isə real adamın, həm də Facebook-un baş direktorunun profilindən istifadə etmişdi.

AzNews.az