Ölkədə nə qədər avtomobil var? - CƏDVƏL

Bu gün bütün böyük meqapolislərdə nəqliyyat problemləri müşahidə olunur.


Day.az saytı bildirir ki, bizim paytaxtımız da istisna deyil. Avtonəqliyyat vasitələrinin çoxalması, mərkəzi küçələrdə tıxaclar, düzgün olmayan parkinq - bütün bunlar məsələnin bir hissəsidir.

Təbii ki, şəhər rəhbərliyi yol ötürücüləri, parkinq yerləri, piyada keçidlərinin tikilməsi ilə nəqliyyat problemini aradan qaldırmağa çalışır. Görülən işlərə baxmayaraq, Bakının mərkəzi küçələrində, Bakı-Sumqayıt yolunda və digər yerlərdə nəqliyyatn vəziyyəti hələ də gündəlikdə qalır.

Ekspertlərin fikirlərinə görə, problemin kökü avtonəqliyyat vasitələrinin həddən artıq çox olmasındadır. Paytaxta hər il 50-60 min avtomobil gətirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycanda 1135936 ədəd avtomobil qeydə alınıb. 2002-ci ildə isə bu rəqəm 457442 ədəd idi.

Daha ətraflı statistika ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

AzNews.az
image description