Mobil proqram snayperin olduğu yeri müəyyənləşdirir

Vanderbilt Universitetinin (Amerika) mühəndisləri öz işlərini belə təsvir edirlər: "Dostunuzla küçədə gedərkən, birdən atəş səsi eşidilir. Siz ən yaxın yerdə gizlənir və smartfonunuzu işə salırsınız. Ekranda dərhal məkanın xəritəsi əks olunur, üzərindəki böyük qırmızı ox isə güllə səsinin haradan gəldiyini göstərir."

"Computerworld" jurnalının məlumatına görə, tədqiqatçıların hazırladığı ucuz aparat modulu və proqram vasitəsilə istənilən Android-smartfonu snayperin yerinin təyini sisteminə çevirmək mümkündür. Həssas mikrofonlar, xronometr və mikroprosessorun yığımından ibarət qurğunun köməyilə sistem atəşin mənbəyini son dərəcə dəqiqliklə təyin edir.(ictnews)

AzNews.az