Psixikamızı hansı qidalar korlayır

İnsanın psixi durumu hər gün qəbul elədiyi qidalardan birbaşa asılıdır. Musavat.com-un xarici qaynağa istinadən yaydığı xəbərə görə, 9 mindən çox insan üzərində eksperiment aparan alimlər psixikanı pozan qidaların siyahısını tərtib ediblər.

Məlum olub ki, fastfud (ayaqüstü yeməklər), qənnadı məmulatları və sənaye üsulu ilə bişirilən qida aludəçiləri depressiyaya və ətrafdakılara münasibətdə aqressiv ovqata daha tez köklənirlər. Və əksinə, daim göyərti, tərəvəz istifadə edənlərin psixi durumu daha tarazlı və sakit şəxsiyyətlər olduğu üzə çıxıb.

Hətta cəmi bir həftə fastfud yemək kifayətdir ki, insan qanda xolesterinin artması, artıq şəki və digər səbəblərdən özünü pis hiss eləməyə başlasın. Alimlərin qənaətincə, tez hazırlanan qidalar tərkibində ürək və böyrəklərin işinə ciddi ziyan vuran aşırı duz olması səbəbindən təhlükəlidir.

AzNews.az