XX əsrin ən sirli sui-qəsdi

ABŞ-ın 35-ci prezidenti C. Kenedinin Dallasda ölümündən düz yarım əsr ötür. Buna baxmayaraq hələ də sifarişçinin kim olduğu naməlum olaraq qalır. Bu naməlumluq bir çox versiyanın inkişaf etməsinə gətirib çıxarıb. Bu 6 versiyanı sizə təqdim edirik.

1.MKİ və FİB
1995-ci ildə ABŞ ordusunun keçmiş kəşfiyyatçısı və Milli Təhlükəsizlik Agentliyinin əməkdaşı Con Nyuman qatil Li Harvi Osvaldın şəxsi işinin Kenedinin ölümündən öncə və sonra dəyişikliklərə məruz qaldığı haqda sübutları ictimailəşdirir. Nyumanın verdiyi məlumata görə xüsusi təyinatlılar sui-qəsdin ola biləcəyi haqda məlumat verə bilsələr də lakin bunu etmirlər. Bundan əlavə 2007-ci ildə MKİ-nin eks-agenti olan Hantın kitabı çixir. Orda sui-qəsdin MKİ agentlərinin təşkil etdiyi bildirilir. Daha sonra Hantın oğlu bu məlumatları "Rolling Stone" jurnalına təsdiqləyir və bildirir ki, atası ölümdən öncə cinayətin arxasında MKİ-nin Kubada əməliyyat rəhbəri olan Conson, agentlər Kord Meyer, Uilyam Harvi, David Sançesin durduğunu deyir.
2.Pentaqon
C. Kenedinin bəzi tərəfdarları ehtimal edirdi ki, prezidentin ölümü ABŞ-ın Vyetnama hərbi müdaxiləsinə heç bir maneə olmamağı üçün təşkil olunmuşdu. Belə bir düşüncələr var ki, Kenedi amerikalıların Vyetnam münaqişəsində iştirakını istəmirdi. Ona görə o, müharibədə maraqlı olan şəxslərin hədəfinə çevrildi. Texasın keçmiş senatorunun sözlərinə görə, əgər Kenedi sağ olsa idi Vyetnam müharibəsi olmazdı. Digər versiyaya görə isə onun "soyuq müharibəni" SSSR-i ilə bitirib barış istəməsi idi.
3.ABŞ-ın Məxfi xidməti
Şübhələr var ki, Amerika dövlətinin 1-ci şəxslərinin mühafizəsi ilə məşğul olan Məxfi xidmət bu faciənin qarşısını almaq üçün heç nə etməyib. Bu məlumata görə sui-qəsd haqda onların xəbəri olub. Bundan əlavə avtomobilin ön oturacağında oturan Məxfi xidmətin əməkdaşı R. Kellermanın hadisə zamanı prezidenti qorumağa və ya 1-ci atışdan sonra ona hər hansı bir kömək etməyə cəhd göstərməməsi faktı sui-qəsd nəzəriyyəçilərini şübhələndirir. Rəsmi məlumata görə atəş bir neçə dəfə açılıb.
4.Mafiya
Cinayətin sifarişçisi Amerika mütəşəkkil cinayət təmsilçiləri də ola bilərdi. Onları buna sövq edən qisas hissi idi. Kenedinin prezidentliyi zamanı mafiya təşkilatlarına qarşı açılan cinayət işləri 80%-dək çoxalmışdı.
5. Kuba hökuməti
"Uoren komissiyası" bildirdi ki, onun əməkdaşlarına Kenedinin ölümünə Kuba komandanı Fidel Kastro və onun ətrafının əlaqədar olması ilə bağlı onlarla ərizə gəlib. Konspiroloqlar kubalı liderin onu dəfələrlə öldürmə cəhdlərinə məhz belə cavab vermək istədiyini bildirib.
6. SSSR
Konspiroloqların ən aydın versiyası isə Kenedinin ölümü SSSR-ə sərf etməsidir və ona görə onlar Dallasda Kenediyə sui-qəsd hazırlayıb. Ən çox şübhəyə səbəb isə qatilin bir müddət SSR ərazisində yaşaması olub. Sui-qəsd nəzəriyyəsinin tərəfdaşları səbəbin çox sadə olduğunu bildirir. Nikita Xruşov "karib böhran"ına görə qisas alırdı. Lakin bu fərziyyəyə heç bir sübut yoxdur.(Axar.az)