“Elektron Hökumət” sərgidə - Fotolar

"Elektron Hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədi ilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb.

Sərgi zamanı insan axınının ən böyük cəmləşdiyi dayanacaqlardan biri məhz bu pavilion olub.

Artıq bir neçə gün əvvəldən bəzi xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər.

Vətəndaşların yalnız pavilyon ərazisindən www.e-gov.az portalına daxil olaraq, elektron imza alınması üçün "Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi" online müraciət formasını dolduraraq və ödənişsiz olaraq sifariş qəbul olunur. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim edilib.

Beləliklə, "Bakutel 2013" sərgisinin ilk günü 130-dən artıq vətəndaş e-imza üçün müraciət etdi və onlar Sertifikat Xidmət Mərkəzinə getmədən pulsuz "e-imza" kartına, kart oxuyucuya və "Elektron hökumət" portalının təqdim etdiyi bir neçə əlavə hədiyyələrə sahib olublar. Müraciətlərin çoxluğunu nəzərə alaraq, MHM bildirir ki, müraciətdən sonra kartların hazırlanması müəyyən bir prosedur və vaxt tələb etdiyindən, vətəndaşın istəyi ilə o, hazır e-imza vəsiqəsini pavilyondan və ya növbəti həftə MHM-in mərkəzi qeydiyyat məntəqəsindən də əldə edə bilər.

Aksiyanın əsas məqsədi vətəndaşlarımızın e-gov.az portalı ilə əyani tanışlığı, e-imza vəsiqələri ilə işləmə bacarıqlarının əldə edilməsi, bu barədə sərgi ziyarətçilərinin və iştirakçılarının maksimum məlumatlandırılmasından ibarətdir.

AzNews.az
image description image description image description image description image description