- Köhnə - Maraqlı
- 21 Dekabr 2013 22:17
- 4 858
Alimlərdən həyəcan siqnalı: “Qreypfrut“ adamları öldürür
AzNews.az NTV - yə istinadən xəbər verir ki, ilk baxışda qreypfrut vitaminlə zəngin narıncı meyvədir. Amma müəyyən edilib ki, ətirli qabığın altında çox qorxulu ölüm təhlükəsi yatır.
Bir ay əvvəl 8 yaşlı Anya öskürək əleyhinə siropu normadan çox qəbul etmə (peredozirovka) diaqnozu ilə xəstəxananın toksikologiya şöbəsinə düşüb. Məlum olub ki, hədd 15 dəfə artıq aşılıb. Amma uşağın anası israr edib ki, o siropu qaydasında verib, uşağın özünün dərmanı götürə bilməsi isə mümkün deyil.
Həkimlər peredozirovkanın səbəblərini tapa bilməyib.
ABŞ - da da Anyanın başına gələn hadisə baş verib. Mişelin xəstəlik tarixindən: öskürək,sirop,peredozirovka. Mişeli xilas etmək mümkün olmayıb. Faciənin səbəbkarı kimi qreypfrut gostərilib.
Kanadalı əczaçı Devid Beyli(Louson adına sağlamlıq problemlərinin tədqiqatı İnstitutunun əməkdaşı) --qreypfrutun qaranlıq tərəfini ilk dəfə açıqlayan adam. O deyib ki, bu vitaminli bir bombadır, hansı ki, orqanizmə düşəndə geri dınməyən dəyişkənliklər yaradır və ölumə səbəb olur.
Məsələ ondadır ki, qreypfrutda furanokumarin adlı maddə tapılıb. Bu maddə qara ciyərə düşərək onun dərmanların zəhərli təsirlərini kompensasiya etmək qabilyyətini məhv edir və beləliklə özü zəhər rolunu oynayır. O qana böyük həcmdə daxil olur və bu zaman peredozirovka effekti yaradır.
Düşünməyə dəyər.
Əli
AzNews.az