- Köhnə - Maraqlı
- 27 Fevral 2014 08:35
- 5 397
“Facebook“ istifadəçilərinə bəd xəbər

Anspress-in xəbərinə görə, "Facebook" e-poçt xidmətini 2010-cu ildə istifadəyə vermişdi.
Şirkətin böyük ümidlərlə həyata keçirdiyi facebook.com domenli e-poçt xidməti bu ilin mart ayından etibarən sona çatacaq.
Bağlama qərarının əsas səbəbi olaraq isə bu xidmətin kifayət qədər marağa səbəb olmamağı səbəb göstərilir.
Nəzərənizə çatdıraq ki, "Facebook" üzvlərinin "istifadəçiadı@facebook.com" şəklində e-poçt hesabı mövcuddur.
Bir çox istifadəçinin bu xidmətdən xəbəri yoxdur. Mart ayından sonra istifadəçilərin "Facebook.com" domenində olan e-poçt ünvanlarına gələn mesajlar üzvlərin qeydiyyat zamanı istifadə etdiyi e-poçt ünvanlarına yönləndiriləcək.
Bundan başqa əvvəllər göndərilən e-poçtlar isə "İsmarışlar" hissəsində "Digər ismarışlar" qutusunda görünəcək.
AzNews.az