“Onlar axmaqdırlar” – Markın ilk müsahibəsi

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberq cümə axşamı ilk dəfə olaraq müsahibə verib.



AzNews.az xəbər verir ki, Marka bir çox qeyri-adi suallar verilib. Amma verilən suallar içində ən maraqlısı "Siz niyə hər gün eyni formanı geyinirsiniz?" olub.

Yalnız gündəlik həyatında deyil, qatıldığı rəsmi tədbirlərdə də eyni boz köynəyi geyinən Mark bu suala çox ciddi cavab verib: "Mən əslində hər yerə eyni formanı geyinməklə insanlara bir mesaj vermək istəyirəm. Geyim haqqında çox düşünməyin. Ondan daha vacib olan və düşünüləsi məsələlər var. Mən bunu bir vaxt itkisi kimi görürəm. Yalnız geyim deyil, yemək haqqında da düşünməyə dəyməz."

"Gəlin, bu fikirləri insanların yaddaşından silək. İnsanlar hər yerə fərqli paltarlarda getməyə məcbur deyillər. Prezidentlər və ya siyasət adamları hər gün işə kostyumda getməlidirlər, deyə bir şey yoxdur".

"Mən həqiqətən də məni xoşbəxt edən bir işlə məşğul oluram. Hər gün səhər tezdən oyanıram və ilk işim milyonlarla insanın bir-biri ilə əlaqə yaratması üçün yaratdığım sosial şəbəkənin başına keçmək olur. Mən işlədiyim müddətdə başqa heç nəyə vaxt ayırmıram və iş vaxtında hər hansısa bir başqa işlə məşğul olan insanlara mən axmaq gözüylə baxıram".

AzNews.az Mark Zuckerberqin həmin formadakı bir neçə şəklini sizə təqdim edir:




















Nərmin Məmmədli
AzNews.az