İnanılmaz xəstəlik- Yatsa, iflic olacaq

Çoxumuz gecənin tez düşməsini istəyir və isti yatağımıza qovuşmaq düşüncəsini sevirik.

Ancaq Kristi Korbett gecələr yatmaqdan qorxur, çünki oyananda tamamilə iflic olmaq təhlükəsi var.

Ailem.az-ın Daily mail-ə istinadən xəbərinə görə, 32 yaşlı Kristi dəhşətli yuxu iflicindən əziyyət çəkir. Yatıb oyanandan sonra nə yeriyə bilir, nə də danışa.
Bu iflic halı müvəqqəti olub saniyə, bəzən isə dəqiqələrlə davam edə bilər və xəstəni şok halna salır.

Kristidəki bu problem 12 yaşında rəfiqəsigildə gecələdiyi gündən başlayıb. Həmin gecə ilk dəfə bu halı yaşadığında öldüyünü zənn edən Kristi o gündən bəri bundan əziyyət çəkir.

Yuxu iflici yuxudan oyananda, çox az hallarda isə yuxuya gedəndə rastlanan müvəqqəti bacarıqsızlıq hesab olunur. Daha çox yeniyetmə və gənc insanlarda rastlanır.

Yuxu iflicinə səbəb olan digər amil isə yuxu normasının pozulması və siqaret çəkmək hesab olunur.