- Köhnə - Maraqlı
- 13 Yanvar 2015 14:05
- 9 333
Ən yaxşı sosial reklamlar – FOTOLAR
Yaşadığımız müasir dünyanı reklamsız təsəvvür etmək mümkün deyil. Yaxşı reklam hər zaman insanların diqqətini özünə cəlb edir və həmin insanın yaddaşında uzun müddət saxlanılır.
İnsanları isə hazırda daha çox sosial problemlərin həll edilməsi məqsədilə hazırlanan reklamlar maraqlandırır.
Ümimiyyətlə, reklam haqda nə bilirik?
Müəyyən edilib ki, dərmanların reklamlarına əczaçı şirkətlətin çəkdiyi əziyyət dərmanlar üzərinə çəkilsəydi, iki dəfə artıq keyfiyyətli dərman hazırlanardı.
"Kovboy Malboro" reklamına çəkilən 3 kişi aktyorun (DevidMillar Jr, David McLean və McLaren Wayne) hər üçü ağciyər xərçəng xəstəliyindən ölüb.
Bir ildə reklama 500 milyard dollar xərclənir.
Bəzi tədqiqatçıların fikrincə, reklam dünyanın ən güclü sənət sahəsidir.
Amerika psixoloqları belə hesab edirlər ki, 8 yaşınadək olan uşaqlar reklamları obyektiv tənqid etmək bacarığına malik deyillər və ona görə də orada bütün göstərilənlər onlara inandırıcı və həqiqət kimi gəlir.
Reklamlar çox zaman insanların hisslərinə və psixoloji durumlarına xitab edir.
Reklamlarda cinsi motivasiyanın ön plana çəkilməsi hər zaman dəbdə olub. Cazibədar xanımlardan reklam məqsədilə hələ 1800-cü illərdən istifadə olunmağa başlayıb.
AzNews.az sosial reklamların bir neçəsini sizə təqdim edir:






