- Köhnə - Maraqlı
- 17 Yanvar 2015 10:12
- 9 320
Ronaldo ilə Şeykin ayrılma səbəbi açıqlandı
İspaniyanın “Real Madrid” futbol klubunun oyunçusu Kristiano Ronaldo ilə top model İrina Şeykin böyük sevgisinin hansı səbəbdən bitdiyi haqda informasiya mediada yayımlanıb.
AzNews.az xəbər verir ki, irəli sürülən iddiaya görə Şeyk və Ronaldo futbolçunun anası Dolores Aveironun doğum günü münasibətilə mübahisə edib və yollarını ayırıb.
ABŞ və Portuqaliyanın həftəlik mətbuatında yer alan xəbərlərdə bildirilib ki, ayrılığın səbəbi Şeykin Ronaldonun anasının 60-cı ad gününə getmək istəməməsidir.
Portuqaliyada nəşr olunan "Correiro da Manha" qəzeti yazıb ki, Ronaldo sevgilisiylə yollarını ayırdığını ailəsinə deyib.
Bütün bu proseslər ötən ilin son günlərində baş verib.
İddialara görə Şeykin Ronaldonun bacıları Alma və Katya ilə əlaqələri son zamanlar pozulub. Portuqaliya qəzeti Şeykin sevgilisini "Twitter"də təqib etməyi haqda da yazıb.
İrəli sürülən başqa bir ehtimala görə Ronaldonun anasının İrina Şeyxdən xoşu gəlməyib və onun Ronaldonun oğlu üçün doğru qadın olmadığını deyib.

Ronaldo ilə Şeykin ayrıldığının ən bariz göstəricisi top modelin sevgilisini Sürixdəki mükafat mərasimində yalnız buraxmasıdır. Ancaq Seykin sözçüsü modelin işi olduğuna görə Sürixə getmədiyini vurğulayıb.
