- Köhnə - Maraqlı
- 27 Aprel 2015 19:52
- 4 946
Rus qadın zəngin ərəb sevgilisini döydü - Bakı otellərinin birində
AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən "Nuhun gəmisi" otelində qalan, Küveyt vətəndaşı olan Əli Benhadran Səbail Rayon Polis İdarəsinə sevgilisindən şikayət edib.
Bildirib ki, qeyri-rəsmi nikahda olduğu Rusiya vətəndaşı Alina Damirova onu oteldə möhkəm döyüb. Sonra isə noutbukunu sındıraraq gedib.
Hazırda əcnəbinin şikayəti ilə bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsində araşdırma aparılır.