- Köhnə - Maraqlı
- 7 İyul 2015 14:21
- 6 642
Təhlükəsiz “selfi” necə çəkilməlidir? – Yaddaş kitabçası
Rusiya Daxili İşlər Nazirliyi təhlükəsiz “selfi”nin çəkilməsi üçün yaddaş kitabçası təqdim edib.
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, son zamanlar "selfi" çəkmək istəyərkən baş verən çoxsaylı ölüm hadisələrinə görə, Rusiya DİN-i bu tip şəkillər çəkilərkən lazım olan təhlükəsizlik tədbirləri kitabçasını nümayiş etdirib."Təhlükəsiz "selfi" çək. Əla "selfi" həyatın bahasına başa gələ bilər" adlı yaddaş kitabçası jurnalistlərə nümayiş etdirilib.
Təqdimat zamanı çıxış edən RF Daxili işlər nazirinin köməkçisi Yelena Alekseyeva hər bir inkişafın öz bərabərində yeni təhlükələr də gətirdiyini bildirib. Son zamanlar bu tip şəkil çəkilərkən ölüm hallarının mütamati artdığını da qeyd edən Alekseyeva gəncləri "bəyənmə" sayını artırmaq üçün "son foto"larını etməməyə çağırıb.
Qeyd edək ki, yaddaş kitabçasının polis tərəfindən ictimai mərasimlər zamanı məktəblilər və gənclər başda olmaqla bütün vətəndaşlara paylaması nəzərdə tutulub.
Aydan Axundova