Fransanın birinci xanımı xəyanət edirmiş

Fransız KİV-ləri ölkənin birinci xanımını xəyanətdə ittiham edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış fransız jurnalistləri Aliks Builyaqe və Kristofer Jakyubisez "xəyanətkar" adlı kitab buraxıblar.

Adı keçən kitab Fransanın birinci xanımı Valeri Trierveylerin qeyri rəsmi bioqrafiyası hesab edilir. Kitabda birinci xanım keçmiş Fransa prezidenti ilə intim əlaqədə ittiham edilir. O, eyni zamanda Sarkozi dövrünün nazirləri ilə də eyni əlaqədə günahlandırılır.

Bununla belə birinci xanımın vəkili kitabda yazılanları cəfəngiyat hesab edir. O, bildirib ki, kitabda əks olunan bütün məlumatlar sübut olunmamış informasiyalardır.

Sadiq Musa
AzNews.az