- Köhnə - Maraqlı
- 18 Oktyabr 2012 11:53
- 4 417
Bakıda beynəlxalq it sərgisi keçiriləcək
İttifaqdan APA-ya verilən məlumata görə, sərgidə 50 müxtəlif cinsdən olan 130-dan çox it iştirak edəcək. "Akita-Inu", "Malteze", "Bishon", "Frize" və digər cinslərdən olan, habelə Azərbaycandakı nadir cins itlər də sərgidə nümayiş etdiriləcək. Sərgi Bakı Beynəlxalq Avtoterminalında keçiriləcək.
Sərgiyə Çexiya, Makedoniya, Ukrayna, Belarus və Azərbaycandan olan ekspertlər hakimlik edəcək. İtlər "Makedoniya Çempionu", "Özbəkistan Çempionu", "Azərbaycan Çempionu", Beynəlxalq Çempion nominasiyaları uğrunda mübarizə aparacaq. Sərginin nəticələrinə əsasən "Payız 2012" mövsümünün ən yaxşı iti seçiləcək.
AzNews.az