Günəş sisteminin ən kiçik planeti “Tacikistan” adlanacaq

Günəş sisteminin ən kiçik planetlərindən biri artıq “Tacikistan” adı daşıyacaq.


AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, müvafiq qərar beynəlxalq astrofiziklər birliyi tərəfindən qəbul edilib. Belə bir qərarın verilməsinə səbəb tacik alimlərinin səma cisimlərinin öyrənilməsinə verdikləri töhfəyə olub.

Tacik alimlərin sözlərinə görə, ən kiçik planet olan "Tacikistan" Mars və Yupiter planetləri arasında yerləşir. O, Yerdən 250 milyon km, Günəşdən 463 milyon km məsafədə yerləşir. Planet Günəş ətrafında 5 ilə dövr edir.

"Hazırda səma cismi Yerə ən yaxın məsafədə yerləşir. Tacikistan alimləri onun fiziki-kimyəvi tərkibi, eləcə də, planetdə baş verən proseslərin tətqiq edilməsi ilə məşğuldurlar", -deyə milli elmlər akademiyasının prezidenti Farxod Raximi qeyd edib.

Aydan Axundova