Çeçenistan prezidenti Ramzan Kadırov toy paltarları salonları rəhbərlərindən açıq-saçıq gəlinlik paltarlarının satışını dayandırmağı tələb edib. Çeçenistan prezidenti Ramzan Kadırov toy paltarları salonları rəhbərlərindən açıq-saçıq gəlinlik paltarlarının satışını dayandırmağı tələb edib.

Kadırovdan gəlinliklərlə bağlı - QADAĞA

Çeçenistan prezidenti Ramzan Kadırov toy paltarları salonları rəhbərlərindən açıq-saçıq gəlinlik paltarlarının satışını dayandırmağı tələb edib.


Lent.az-ın yenises.ru-a istinadən məlumatına görə, Kadırov "Axır zamanlar gəlinlər Avropa stilində sinəsi-başı açıq gəlin paltarları geyinirlər. Bu doğru deyil və çeçen adət-ənənəsi ilə uzlaşmır. Elə etmək lazımdır ki, çeçen adət-ənənəsini saxlayaq. Toy paltarları satışı salonlarının milli toy geyimləri satmağa keçməsi lazımdır" - deyə bildirib.

Onun sözlərinə görə, "əgər gənc nəsil yad ideologiya ilə zədələnirsə, bu özünəməxsusluğu təhlükə altına salar".