O, özünü pəncərədən tulladı O, özünü pəncərədən tulladı

Ruhları çağıran 16 yaşlı qız

O, özünü pəncərədən tulladı



Rusiyada yeniyetmələrin yeni intihar cəhdləri ictimaiyyəti ciddi silkələyib. Rusiya mətbuatı xəbər verir ki, Krasnoyarsk diyarında baş verən insident də bu cür hadisələrdəndir. Belə ki, texnikumun 16 yaşlı tələbəsi pəncərədən tullanaraq özünü öldürmək istəyib.

Bundan öncə o, spirtli içkilər qəbul edib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, istintaq əməliyyat qrupunun əməkdaşları içəridən bağlanmış qapını sındıraraq mənzilə daxil olub, orada boş pivə və çaxır şüşələri görüblər: "Döşəmədə spirtli-senas keçirmək üçün əşyalar olub: şeytanları çağırmaq üçün dəftər, ortasında bıçaq olan dairəvi beşguşəli ulduz rəsmi". Həmçinin gündəlik də aşkarlanıb. Qız orada vida sözlərini yazıbmış. Amma vəsiyyətin nədən ibarət olması barədə xəbər verilmir.

16 yaşlı yeniyetmə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Müstəntiqlər hadisənin səbəblərini ətraflı aydınlaşdırırlar.

AzNews.az