Yarışı izləmək istəyən tamaşaçılarla satıcılar arasında mübahisə yaranıb Yarışı izləmək istəyən tamaşaçılarla satıcılar arasında mübahisə yaranıb

“City Challenge” yarışlarına bilet tapılmır? – SİYAHI

Yarışı izləmək istəyən tamaşaçılarla satıcılar arasında mübahisə yaranıb



Bakıda oktyabr ayının 26-28-də "City Challenge" yarışlarının bilet almaq üçün kassalarda mübahisə yaşanıb. AzNews.az-ın məlumatına görə, yarışı izləmək istəyən tamaşaçılarla satıcılar arasında yaran mübahisəyə səbəb biletlərin satılmamasıdır. Satıcılar deyirlər ki, satışda bilet qalmayıb.

Qeyd edək ki, "City Challenge" yarışlarının biletlərinin qiyməti 5-35 manat arasındadır. AzNews.az biletlərin satış qiymətlərinin siyahısını təqdim edir:

Qızıl 1(oturacaq)/Gold 1(seated) – T1
cümə/ 26.10.12: 15 AZN
şənbə/ 27.10.12: 20 AZN
bazar/ 28.10.12: 35 AZN
Qızıl 2(oturacaq)/Gold 2(seated)
cümə/ 26.10.12: 10 AZN
şənbə/ 27.10.12: 15 AZN
bazar/ 28.10.12: 22 AZN
Gümüş (oturacaq)/Silver (seated)
cümə/ 26.10.12: 7 AZN
şənbə/ 27.10.12: 10 AZN
bazar/ 28.10.12: 15 AZN

Yarışları ayaqüstü baxmaq istəyənlər də billet əldə etməlidir:
Bürünc (ayaqüstü)/ Bronze(standing)
cümə/ 26.10.12: 5 AZN
şənbə/ 27.10.12: 7 AZN
bazar/ 28.10.12: 9 AZN


Biletlər şəhərin bu kassalarında satılır:

- Heydər Əliyev Sarayının kassası
- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kassası
- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kassası
- Səməd Vurğun adına Rus Dram Teatrının kassası
- Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassası
- Rəsulzadə küçəsində ("Azərbaycan" kinoteatrının yanında) yerləşən kassa
- Üzeyir Hacıbəyov küçəsində (Hökumət evinin arxasında) yerləşən kassa
- Nizami küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində ("Kontinental" supermarketinin yanında) yerləşən kassa.
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Kassası
- Kempinski Hotel Badamdar Baku - Qafqaz Baku City Hotel & Residences
- Park BulvarMall

Fuad Mədətov
AzNews.az