“Mossessian Architecture” memarlıq şirkətinə rəhbərlik edən erməni əsilli fransız memar, Britaniya krallığının memarlıq institutunun üzvü Mişel Mosesyan müsəlman muzeyi tikəcək. “Mossessian Architecture” memarlıq şirkətinə rəhbərlik edən erməni əsilli fransız memar, Britaniya krallığının memarlıq institutunun üzvü Mişel Mosesyan müsəlman muzeyi tikəcək.

Erməni memar müsəlmanlar üçün muzey tikəcək – Məkkədə (Video)

“Mossessian Architecture” memarlıq şirkətinə rəhbərlik edən erməni əsilli fransız memar, Britaniya krallığının memarlıq institutunun üzvü Mişel Mosesyan müsəlman muzeyi tikəcək.

AzNews.az xəbər verir ki, erməni memar Səudiyyə Ərəbistanının Məkkə şəhərində müsəlman dininin əsas muzeyinin tikilməsilə bağlı keçirilən müsabiqənin qalibi olub.

"İman muzeyi" adlanacaq kompleks Məkkədən 7 kilometr məsafədə tikiləcək və müsəlmanlığın yaranmasını simvolizə edəcək. "İman muzeyi" 5600 kilometr ərazidə yerləşəcək. Muzeyin qarşısında virtual məscid, audio-video zalları, 3D nümayişlər, damında isə bağlar olacaq.

Maraqlıdır ki, muzeyin baş binasının daşları bütün müsəlman ölkələrdən gətiriləcək.





Aydan AXUNDOVA