Akademik Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə müraciət etməsi ilə bağlı məlumat vermişdik. Akademik Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə müraciət etməsi ilə bağlı məlumat vermişdik.

“Azdrama”da “Ölülər” qalmaqalı

Akademik Milli Dram Teatrı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə müraciət etməsi ilə bağlı məlumat vermişdik.

Bildirmişdik ki, direktor Azər Paşa Nemətov əsəri yeni quruluşda hazırlayır və aprel ayında repertuara daxil ediləcək. Bu barədə isə, teatrın aktyoru Elmar Qarayev AzNews.az-a məlumat vermişdi.

Lakin teatrın rejissoru, Əməkdar İncəsənət Xadimi Oruc Qurbanov AzNews.az-a açıqlamasında aktyorun sözlərini təkzib edib. Bildirib ki, Azər Paşa Nemətov "Ölülər"i yeni quruluşda hazırlamır. Mərhum rejissor Tofiq Kazımovun vaxti ilə "Azdrama"da quruluş verdiyi tamaşanın bərpası üzərində çalışır: "Əslində teatrın daxili əmrinə əsasən böyük reformator rejissorumuz Tofiq Kazımovun əfsanəvi "Ölülər" tamaşasının bərpası üzərində iş gedir. Məlumunuz olsun ki, bərpaçılıq müstəqil sənət deyil, cünki intellektual məhsula aidiyyəti yoxdur".

O.Qurbanov qeyd edib ki, yaradıcı fərdin təkrarolunmaz əsəri intellektual məhsuldur və bu intellektual rejissor məhsulu məhz Tofiq Kazımova məxsusdur: "Çünki əsərin yozumu, obrazların traktofkası, oyun tərzi, janr və estetikasının müəllifi məhz odur. Bərpaçılıq olsa-olsa fərdin yamsılama, peşə qabiliyyətinin göstəricisi ola bilər".

Qeyd edək ki, Azər Paşa Nemətovun quruluşunda olan tamaşada baş rol Kefli İsgəndər obrazı E.Qarayev və Anar Heybətova həvalə olunub. Şeyx Nəsrullah rolunda isə Xalq artisti Nurəddin Mehdixanlı oynayacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az