Aşıq Azər Xanlaroğlu Türkiyənin İstanbul şəhərindən Malayziyaya aparılıb. Aşıq Azər Xanlaroğlu Türkiyənin İstanbul şəhərindən Malayziyaya aparılıb.

Aşıq Azər Türkiyədən Malayziyaya aparıldı

Aşıq Azər Xanlaroğlu Türkiyənin İstanbul şəhərindən Malayziyaya aparılıb.

Bu barədə AzNews.az-a aşığın yaxınları məlumat verib. Yaxınlarının bildirdiyinə görə, "Hepatit B" xəstəliyindən əziyyət çəkən aşıq Azər Xanlaroğlundan götürülən qan analizlərinin cavabı bu gün məlum olacaq.

Qeyd edək ki, Aşıq bir neçə gündür ki, Türkiyədə idi. Həkimlərinin ilkin rəyi ona qaraciyər köçürülməsi əməliyyatının aparılması olub.

Xatırladaq ki, 33 yaşlı Aşıq Azər Xanlaroğlu 3 ildir "Hepatit B" xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az