Serbiyada Bakı haqqında kitab işıq üzü görüb. Serbiyada Bakı haqqında kitab işıq üzü görüb.

Serbiyada Bakı haqqında kitab nəşr edildi - Fotolar

Serbiyada Bakı haqqında kitab işıq üzü görüb.


AzNews.az jugoslovo.com saytına istinadən xəbər verir ki, Serbiyanın paytaxtında müəllifləri Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərgiz Məmmədova və Azərbaycanın incəsənət xadimi Bəhram Bağırzadənin "BAKU" adlı kitabının təqdimatı keçirilib. Kitabda paytaxtımızın qədim və müasir, eyni zamanda zəngin memarlıq irsini tərənnüm edən şəkillər əks olunub.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Səfirliyinin əməkdaşları, Serbiya parlamentinin millət vəkili, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Draqomir Kariç, Beynəlxalq İctimai Siyasət Mərkəzinin direktoru Mişel Zubenitsa, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri və digər ziyalı şəxslər iştirak ediblər. Tədbir Serbiya mətbuatında geniş işıqlandırılıb.