Yay kitab festivalı çərçivəsində iyulun 2 və 3-ündə Bakıda 2 məkanda kitab yarmarkası olacaq. Yay kitab festivalı çərçivəsində iyulun 2 və 3-ündə Bakıda 2 məkanda kitab yarmarkası olacaq.

Tanınmışlar parklarda kitab satacaq - Fotolar

Yay kitab festivalı çərçivəsində iyulun 2 və 3-ündə Bakıda 2 məkanda kitab yarmarkası olacaq.


AzNews.az verir ki, kitab satışı Nərimanov parkı və Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında baş tutacaq. "Qanun" nəşrlər evindən verilən məlumata görə, yarmarkalarda 1000 adda 10 000-ə qədər kitab satışa çıxarılacaq. Azərbaycan, rus, türk, ingilis dillərində olan kitablar 50 faizə qədər endirimlə satılacaq.

Qeyd edək ki, Yay kitab festivalı ötən həftə başlayıb. Festival çərçivəsində Bakı ilə yanaşı, regionlarda da kitab yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, yarmarkalara deputatlar, ictimai-siyasi xadimlər, ədəbiyyat adamları, incəsənət xadimləri qatılacaq və kitab satışında iştirak edəcək.