Gənclərin Beynəlxalq Film Festivalı başladı – YENİLƏNİB – FOTOSESSİYA

AzNews.az xəbər verir ki, bu gün Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı iləVIII "START" Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, rejissor Elxan Cəfərov, İranlı rejissor Təhminə Milani və başqaları iştirak ediblər.
Şəfiqə Məmmədova çıxışı zamanı bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qarşıdakı aylarda Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinossenaristlər üçün ssenari müsabiqəsi elan edəcək. O, bütün səylərin kinonun gəncləşməsinə və dünya miqyasına çıxmasına yönəldiyini söyləyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Azərbaycanda 20-dən artıq xarici ölkə rejissorunun təmsil olunduğu Beynəlxalq Film Festivalının keçirilməsi ölkəmizin kino sahəsi üçün çox əlamətdar hadisədir.

Rejissor Elxan Cəfərov isə deyib ki, bu cür festivalın ölkəmizdə keçirilməsi gənc rejissorlar arasında ideya mübadiləsini, eyni zamanda kinomuzun inkişafını stimullaşdırır. İranlı rejissor Təhminə Milani Azərbaycanda olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini və özünü Bakıda evindəki kimi hiss etdiyini söyləyib.

Tədbirin rəsmi hissəsindən sonra bədii hissəyə keçid olub və müğənnilər Elnarə Xəlilova və Çüngiz Mustafayev çıxış ediblər.

***
17:21

Bu gün VIII "START" Gənclərin Beynəlxalq Film Festivalı öz işinə başladı. Festivalın açılış mərasimi Nizami Kino Mərkəzində baş tutdu. Tədbiri Kamilə Babayeva açaraq, gələn qonaqlara festivalın mahiyyəti haqqında məlumat verdi. Qafqazın ən böyük qısametrajlı film yarışması olan "Start"a bu il Azərbaycan da daxil olmaqla 20 ölkədən 250-dən yuxarı filmi göndərilib. Seçim komissiyası festivala animasiya, sənədli və bədii film də daxil olmaqla 87 ekran əsəri daxil edib.

Festivalda daha bir yenilik yerli və beynəlxalq yarışma proqramlarının olmasıdır. Azərbaycanlı müəlliflər filmlərinin səviyyəsini nəzərə alıb işlərini festivalın "Yerli filmlər" müsabiqə proqramına da göndərə bilər. Bu proqramda filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti nominasiyalara uyğun mükafatlandıracaq.

Festivalda tələbələr və yaşı 35-ə qədər olan gənc rejissorlar iştirak edə bilər. Müəlliflərin ekran əsərləri "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı cizgi filmi", "Ən yaxşı eksperimental film" və "Ən yaxşı film- Qran Pri" uğrunda yarışacaq. Qeyd edək ki, VIII "START" Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşır. Onu da bildirək ki, festivalın təşkilati dəstəyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır.

Fuad Mədətov
AzNews.az

FOTO: Mahir Hüseynbəyli
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description