Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək.

Opera və Balet Teatrında “Trubadur”

Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək.


Teatrının rəhbərliyi tamaşada iştirak etmək üçün tanınmış vokal sənəti ulduzlarını Bakıya dəvət edib.

Tamaşada əsas partiyalardan birini – Leonora partiyasını ifa etmək üçün Belorusun əməkdar artisti Anastasiya Moskvina, Manriko partiyasını isə Rusiyanın əməkdar artisti Avqust Amonov ifa edəcək. Tamaşanın baş dirijoru Konstantin Çudovskindir.
Fevralın 23-də baş tutacaq tamaşada həmçinin Azərbaycanın istedadlı vokal ustaları Əvəz Abdullayev, Səbinə Vahabzadə də oynayacaq.

Bahar Rüstəmli
AzNews.az