Buna səbəb isə Rusiya və Ukraynanın “Eurovision” mahnı müsabiqəsi qaydalarını pozması olub. Buna səbəb isə Rusiya və Ukraynanın “Eurovision” mahnı müsabiqəsi qaydalarını pozması olub.

Rusiya və Ukraynaya qarşı yeni sanksiyalar tədbiq oluna bilər- "Eurovision" tərəfindən

Buna səbəb isə Rusiya və Ukraynanın “Eurovision” mahnı müsabiqəsi qaydalarını pozması olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqəni təşkil edən Avropa Yayım Birliyi bu barədə hər iki ölkəyə xəbərdarlıq edib. Təşkilatçı komitənin rəhbəri Frank Diter Fraylinq bildirib ki, rəsmi Kiyev Rusiya təmsilçisi olan Yuliya Samoylovanı ölkəyə buraxmamaqla nizamnamənin şərtlərini kobud şəkildə pozub. Fraylinq qaydaların pozulmasına etiraz edən zaman Ukraynanın baş naziri Vladimir Qroysmanın vədini xatırladıb. Onun sözlərinə görə, Qroysman bütün iştirakçıların müsabiqədə iştirak edə biləcəyinə vəd vermişdi.

Rusiya da öz növbəsində müsabiqə ərəfəsində təşkil olunan tədbirlərin heç birinə qatılmayıb. Bunun özü də nizamnamənin pozulması deməkdir. Hər iki ölkəyə qarşı sanksiyaların tədbiq olunması məsələsi iyun ayının 12-sində keçiriləcək görüşdə müzakirə olunacaq. Fraylinq hər iki ölkənin cərimələnəcəyini deyib. Onun sözlərinə görə, cərimə pul ilə və ya hər iki ölkənin 3 il müddətinə müsabiqədən uzaqlaşdırılması ilə ola bilər.

Yuliya Samoylovanın Ukraynaya buraxılmamasına səbəb isə onun Ukraynanın icazəsi olmadan 2015-ci ildə Krıma səfər etməsi olub.

Müsabiqənin yarımfinalı 9-11 may, finalı isə 13 may tarixində keçiriləcək.

Krım 2014-cü ildə referendum ilə Rusiyanın tərkibinə qoşulmuşdu. Lakin Ukrayna hökuməti yarımadanın Rusiya tərəfindən işğal edildiyini bildirir. Moskva isə referendumun beynəlxalq qanunlara uyğun olduğunu iddia edir.

Bəxtiyar Abbasov

AzNews.az