İnternetdə səsi ilə məşhurlaşan çoban: “Daha heç kəsə güvənməyəcəm”

Qoyun otararkən oxuduğu mahnı ilə məşhurlaşan çoban Pərvin Səfərov iyunun 5-də imtahan verəcək.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Pərvin Səfərovun sözlərinə görə, imtahana hazırlıqla bağlı hazırda Bakıda olduğunu və narahatlıq keçirdiyini qeyd edib:

“Vəziyyət ürəkaçan deyil, dolaşıqdır. Məni Asəf Zeynallı adına Musiq Kollecinə götürməlidirlər. Gözləyirəm, mənə imtahan mərkəzindən zəng edib deyiblər ki, “belə bir şey mümkün deyil, imtahan verib bal toplamalısınız.” Milli Koservatoriyanın rektoru Siyavuş Kərimi və Nazirlər Kabineti də mənim üçün lazımı addımı atdı. İmtahan Mərkəzi deyir ki, “onlar nəyə güvənib sizin imtahansız ali məktəbə qəbul olunacağınızı deyib? Bizim qayda-qanunlarımız var.” Mən imtahana girsəm bal toplaya bilmərəm, 2003-də məktəbi bitirmişəm. Orada fənlər var, mən dil bilmirəm. Düşünürəm ki, onlar mənə ümid verib. Mənim heç vaxt ali məktəbə girmək kimi bir ümidim olmayıb. O sadəcə arzum olub. Mənə söz verənlər var, ümüd edirəm ki, onlar mənə dəstək verəcək. Əgər mənə bu məsələdə dəstək olmasalar bundan sonra daha heç kəsə güvənməyəcəm.”

Pərvin Cəfərov tələbə adını almasa öz cobanlıq həyatına geri dönəcəyini vurğulayıb:

“Çıxıb gedəcəm, qədər qismətimlə barışacam, həyatıma geri dönəcəm, çobanlıq edəcəm. Əvvəl necə idisə bundan sonra da elə yaşayacam. Çobanlıq edəcəm. Mənim maddi gücüm olsaydı bu günə kimi tələbə olardım. Dövlətə inanıram. İnanıram ki, dövlət mənə arxa duracaq.”

Bahar RÜSTƏMLİ

AzNews.az