Goranboy sakini su quyusu qazarkən qədim əşyalər tapıb. Goranboy sakini su quyusu qazarkən qədim əşyalər tapıb.

Su axtarırdılar, qədimi pullar tapdılar (Video)

Goranboy sakini su quyusu qazarkən qədim əşyalər tapıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, O, əvvəlcə qızıl tapdığını düşünsə də, sonradan tapıntıların mis və gümüş pullar olduğu ortaya çıxıb.

Su quyusu qazırdılar, bəzək əşyaları və gümüş pullar çıxdı.

Maraqlı hadisə Goranboyda baş verib. Rayon sakini Vasif Məmmədov həyətinə traktor gətirib qazıntı işi aparan zaman aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi bəxtinin üzünə güldüyünü düşünüb və dərhal işi saxladıb. Həmin ərazini isə özü qazmağa başlayıb. Bu zaman quyudan mis və gümüş pullar çıxıb.

Vasif Məmmədov quyudan tapılan əşyalara marağın böyük olduğunu deyir.

Qohum-əqrəba həmin məkana baxış keçiriblər və ordan digər qiymətli əşyaların çıxacağına ümid edirlər.

Təsərrüfat sahibi indiyədək həyətində bu cür əşyalara rast gəlmədiyini bildirir.