Səyyah "Taxt-tac oyunları" serialının çəkildiyi əraziləri tapdı - qeyri-adi foto layihə

İnstagramda çoxlu sayda səyyahların, travel blogerlərin səhifələri var. Hamburqdan olan Andrean Devid isə digərlərindən fərqlənmək üçün maraqlı bir layihəyə imza atıb.

AzNews.az xəbər verir ki, o, təkcə dünyanın müxtəlif ölkələrini gəzmir, həmçinin, bir çoxumuza tanış olan məşhur filmlərin, serialların çəkildiyi əraziləri tapır.

Daha sonra öz çəkdiyi fotolarla, filmdən məşhur kadrları birləşdirərək, maraqlı kompozisiya ərsəyə gətirir.

İstifadəçilərin xüsusilə diqqətini cəlb edən isə Devidin "Taxt-tac oyunları" serialı ilə bağlı paylaşdığı fotolar olub. Serseya Lannister Dubrovnikdə, Deyeneris Tarqarien Maltada, Con Snou İslandiyada və sairə.

Həmin maraqlı görüntüləri sizə təqdim edirik:

image description image description image description image description image description image description image description