Ramiz Rövşən bu gün ad günü keçirməyəcək - Səbəb

Bu gün Azərbaycanın sevilən şairi Ramiz Rövşənin ad günüdür.

71 yaşlı şair AzNews.az-a ad günü təəssüratlarını bölüşüb:

“Hazırda maşındayam, yol gedirəm, harada dayanacağımı da bilmirəm. Təbriklərin ardı-arası kəsilmir, dost-tanışlar zəng edir. Bütün bunları mən öz zəhmətimlə qazanmışam. Buna baxmayaraq, bu il ad günümü tədbirlər sırasından çıxarmışam. Yəni dostlar bilsin ki, tədbir olmayacaq. Çünki bu il mənim, bizim ailə üçün çox ağır il oldu. Qardaşımı itirdik”.

Bahar RÜSTƏMLİ
AzNews.az