Mədəniyyət və Turizm Nazirliyi mərhum bəstəkar Tahir Əkbərin meyitinin qəbirdən çıxarılıb atasının məzarında dəfn olunmasına aydınlıq gətirib. Mədəniyyət və Turizm Nazirliyi mərhum bəstəkar Tahir Əkbərin meyitinin qəbirdən çıxarılıb atasının məzarında dəfn olunmasına aydınlıq gətirib.

Nazirlikdən Tahir Əkbərin məzarının dəyişdirilməsinə - Reaksiya

Mədəniyyət və Turizm Nazirliyi mərhum bəstəkar Tahir Əkbərin meyitinin qəbirdən çıxarılıb atasının məzarında dəfn olunmasına aydınlıq gətirib.

Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov AzNews.az-a açıqlamasında bildirib ki, nazirlik mərhumun dəfn və vida mərasimini təşkil edib:

"Təzə Pir məscidində vida mərasimi keçirildi və nazir Əbülfəs Qarayev ailənin yaxınlarına başsağlığı verib. Nazirlik dəfnlə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edib və onlar da müvafiq yer ayırıb. Bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı əsasında olub”.

Qeyd edək ki, Tahir Əkbər martın 2-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunub. Ancaq mərhumun ailəsi ayırılan yerdən razı qalmadığından, Tahir Əkbərin meyitini məzardan çıxararaq atasının qəbrində dəfn edib.

Bahar RÜSTƏMLİ
AzNews.az