Şərq qadınlarının əl işləri İspaniyada sərgilənəcək

“Mart qadınların adıdır” devizi altında İspaniyanın bir neçə şəhərində qadınlara həsr olunmuş mahnı, rəsm, film və teatr festivalları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunlardan biri də “Casa Arabe”nin Madrid və Kordoba şəhərlərində təşkil edəcəyi tədbirlər silsiləsidir. Tədbirlər çərçivəsində şərq qadınlarının dünya mədəniyyətindəki rolu göstəriləcək.

Madriddə keçiriləcək “Dünyanı qoruyaq” adlı sərgidə Əfqanıstan, Azərbaycan, Əlcəzair, Misir, BƏƏ, İran, Mərakeş, Livan və Fələstindən olan qadınların əl işləri sərgilənəcək.

Kordobada keçirilən tədbirlərdə isə Andalus qadınlarının tarixdəki rolu barədə mühazırələr dinləniləcək.

AzNews.az