- Köhnə - Mədəniyyət
- 26 İyun 2018 17:26
- 7 632
Müğənni keçmiş ərinə qalib gəldi - 100 min alacaq

Uşaqlarının çılpaq fotolarını İnstaqramda yayımladığı üçün keçmiş jurnalist əri Erhan Çeliki məhkəməyə verən müğənni Gülben Ergən qalib olub.
"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul 11-ci Asliyə Hüquq Məhkəməsində baxılan işlə bağlı son qərar elan edilib. Erhandan 1 milyon lirə (təxminən 500 min manat) mənəvi təzminat tələb edən Gülben istədiyini ala bilməsə də, məhkəmə 100 min lirə (təxminən 50 min manat) təzminat ödənilməsinə qərar verib.
AzNews.az