Tanınmış aktyor döyüldü

İstanbulun Kadıköy ərazisində bara silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı iki nəfər yaralanıb. Həmin barda türkiyəli kino və serial aktyoru Ora Özer də olub.

O, dava zamanı döyülüb və xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, aktyorun vəziyyəti hazırda normaldır.

Bu məqamda bildirək ki, silahlı hücumu təşkil edənlər həbs olunub. Onlar ifadəsində barın admistratoru və əməkdaşları arasında bir gün əvvəl tıxacda dava etdiklərini bildirib və intiqam almaq üçün belə addım atdıqlarını qeyd ediblər.

AzNews.az